İqtisadi gündəm
Aİ Azərbaycanda əfv sərəncamını alqışlayır
Avropa İttifaqı (Aİ) Azərbaycan Prezidenti İlham Əliyevin Yeni il ərəfəsində imzaladığı əfv sərəncamını alqışlayır. Bu barədə Trend Avropa Qonşuluğunun İnformasiya Mərkəzinə istinadən xəbər verir.
Qeyd edək ki, İlham Əliyev 2014-cü il dekabrın 29-da məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq əfv sərəncamı imzalayıb.
Əfv olunanlar arasında “Nida” Vətəndaş Hərəkatının iki üzvü - Üzeyir Məmmədli və Zaur Qurbanlı, jurnalistlər - Əvəz Zeynalov və Sərdar Əliyev, vəkil Qurban Məmmədov da var.
Sərəncam ümumilikdə 86 nəfər Azərbaycan vətəndaşı və 1 nəfər Türkiyə vətəndaşına şamil olunub.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO