İqtisadi gündəm
Azərbaycan Prezidenti “Xəyal Adası”nda
Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi üzrə görülən işlərin gedişi ilə tanış olub.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına
görə, “Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri
Abdulbari Gözəl dövlətimizin başçısına “Xəyal Adası”nda görülən
işlərlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, Heydər Əliyev
Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşən “Xəyal
Adası”nın ərazisi 320 hektardır. Bu, yüksək standartlara cavab
verən yaşayış, ticarət, əyləncə və idman sahələrini əhatə edən
layihədir.
Azərbaycan Prezidenti “Xəyal Adası” qolf klubunda yaradılan
şəraitlə də tanış oldu.
Dövlətimizin başçısına burada qolf oyunlarında istifadə olunan
avadanlıq və klub-kar barədə məlumat verildi.
“Xəyal Adası”nın layihəsi ilə tanış olan Prezident İlham Əliyevin
diqqətinə çatdırıldı ki, yaşayış sahəsində müasir tələblərə cavab
verən yüksək keyfiyyətli 2100 mənzil, fərqli ölçülərdə və
konseptlərdə 300 villa inşa olunur. “Xəyal Adası” layihəsi burada
yaşayacaq insanların bütün ehtiyaclarını ödəməyə hesablanıb. Buna
görə də layihə çərçivəsində məktəb kompleksi, ticarət mərkəzləri,
mehmanxana, beynəlxalq səviyyəli yarışların keçirilməsinə imkan
verən Qolf Mərkəzi, göllər və peyzaj sahələri yaradılır.
Dövlətimizin başçısı layihədən bəhs edən videoçarxa baxdı.
Qeyd olundu ki, “Xəyal Adası”nda “ASAN xidmət” mərkəzi də
yaradılacaq. Burada fəaliyyət göstərəcək məktəb kompleksində uşaq
bağçası, aşağı və yuxarı siniflər üçün təhsil, gimnastika və idman
binaları, futbol meydançası istifadəyə veriləcək. Bunun üçün təhsil
sahəsində keyfiyyəti ilə fərqlənən “SABİS” sisteminin tətbiq
olunduğu məktəblər şəbəkəsi seçilib. Ən yüksək ekoloji standartlara
uyğun olaraq inşa edilən “Xəyal Adası”nda gələcəkdə müasir səhiyyə
komplekslərinin yaradılması da nəzərdə tutulub. “Xəyal Adası”
layihəsinin həyata keçirilməsi ölkəmizdə beynəlxalq turizmin və
qeyri-neft sektorunun inkişafına da mühüm töhfə verəcək.
Prezident İlham Əliyev elektromobillə qolf sahəsini gəzdi.
Bildirildi ki, beynəlxalq səviyyəli yarışların təşkil edilməsinə
imkan verəcək 18 çalalı qolf sahəsində son tamamlama işləri
aparılır.
Son illərdə Azərbaycanda idmanın kütləviliyinin artırılması
istiqamətində əsaslı islahatlar həyata keçirilir. Bu islahatlar
nəticəsində idmanla məşğul olanların sayının sürətlə artması
müşahidə edilir. “Xəyal Adası”nda qolf klubunun yaradılması bir
daha təsdiqləyir ki, Azərbaycanda idmanın bütün növlərinin inkişafı
diqqət mərkəzindədir. Qolf klubundakı şərait dünya standartlarına
tam cavab verəcək. Buna görə də gələcəkdə burada müxtəlif
beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsi mümkündür.
Burada yaradılan Qolf Akademiyası isə gələcəkdə ölkəmizin adını
bütün dünyada ləyaqətlə təmsil edəcək idmançıların
yetişdirilməsində böyük rol oynayacaq.
Prezident İlham Əliyev Qolf Akademiyasında yaradılan şəraitlə də
tanış oldu. Burada idman avadanlığı mağazası və kafe də fəaliyyət
göstərəcək. Akademiyada kiçik yaşlarından başlayaraq uşaqlara
peşəkarlar tərəfindən qolf öyrədiləcək, müxtəlif treninqlər
keçiriləcək.
Sonra dövlətimizin başçısı ərazini gəzdi, tikintisi davam etdirilən
villalarda yaradılacaq şəraitlə tanış oldu. Qeyd edildi ki,
layihədəki otel, ticarət mərkəzləri, məktəb kompleksi, villalar,
mənzillər, göllər və peyzaj sahələrində tikinti işləri davam edir.
İlkin mərhələdə kommunal xidmətlər üçün nəzərdə tutulmuş
infrastruktur artıq hazırdır. Villalarda və mənzillərdə isə beton
işləri başa çatıb. Fasad və kosmetik işlər isə yekunlaşmaq üzrədir.
Layihənin reallaşmasında iki mindən artıq yerli işçi çalışır.
“Xəyal Adası” həm də ətraf ərazilərdə yaşayan insanlar üçün böyük
məşğulluq mərkəzi olacaq. Belə bir layihənin həyata keçirilməsi həm
də turizm sektorunun inkişafına mühüm töhfə verəcək.
Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə həyata
keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.
-
MDB18:40
"2024-cü il çətin sınaqlar dövrünə çevrildi"
-
Magazin218:36
Hamilə ulduz uşağını kiminlə böyüdəcəyinə QƏRAR VERDİ - FOTO
-
İdman18:24
Mbappe və "Real"ın sabiq ulduzu arasında düşmənçilik var
-
Müsahibə18:00
Seulun fəxri vətəndaşı olan azərbaycanlı xanım - O, Koreya vətəndaşlığını niyə qəbul etmir?
-
Yolçu17:00
“Harri Potter”in yazıldığı məkandan REPORTAJ - FOTOLAR
-
Nida Xəbər 16:35
Həbs edilən “Plazalar kralı” görün kimin kürəkəni imiş - FOTO
-
Nəqliyyat16:00
Elektrik benzinə qalib gələ bilmir: Minimum 10 il lazımdır ki...
-
Sosial14:51
Aprel ayından etibarən 4 günlük iş həftəsi tətbiq ediləcək