İqtisadi gündəm
Ankarada Türkiyə-Azərbaycan sənədləri imzalanıb
Ankarada Türkiyə-Azərbaycan sənədləri imzalanıb.
Publika.az-ın “Trend”ə istinadən məlumatına görə,
yanvarın 15-də Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək
Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 15 yanvar 2015-ci il
tarixində keçirilmiş dördüncü iclasının nəticələrinə dair Birgə
Bəyanat”ı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan imzaladılar.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə
Monitorinqi Xidməti (MMX) ilə Türkiyə Respublikasının Maliyyə
Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK)
arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya
digər əmlakın leqallaşdırılması və terrorçuluğun
maliyyələşdirilməsi ilə əlaqədar maliyyə xarakterli məlumatların
mübadiləsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycanın
Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyənin Maliyyə Nazirliyinin
Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının sədri İbrahim Hakkı
Polad imzaladılar.
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə
Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında Gömrük
Məsələləri üzrə Birgə Komitənin yaradılması haqqında Anlaşma
Memorandumu”nu Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin
Mustafayev və Türkiyənin gömrük və ticarət naziri Nurəddin Canikli
imzaladılar.
-
Ekologiya18:24
DYP küləkli hava ilə əlaqədar XƏBƏRDARLIQ
-
Sosial17:57
Əhaliyə xəbərdarlıq: dekabrın 8-də...
-
Hadisə17:20
Tovuzda sexdə partlayış: Xəsarət alanlar var - Video/Yeniləndi
-
Sağlamlıq16:45
Qəhvə ömrü uzadırmış: gündə neçə fincan içmək lazımdır?
-
Sosial16:15
Elektrikli keçidin riskləri: Avtobus gecikəcək, interval böyüyəcək, küçələrdə qalacağıq
-
Dünya15:35
Rəsmən təsdiqləndi: Putin “Oreşnik”i bu ölkəyə yerləşdirəcək
-
Nida Xəbər 14:50
Türkiyə Xankəndidə Azərbaycanla birgə layihələr həyata keçirəcək
-
Dünya14:10
Dəməşq mühasirəyə alındı: bu kritik bölgə isə ələ keçirilir