İqtisadi gündəm
Azərbaycan Aİ ilə "yaşıl bağlantılar"a investisiyaları müzakirə etdi
Azərbaycanda enerji bağlantıları, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində investisiya imkanları və Avropa İttifaqının (Aİ) bu istiqamətlərdə dəstəyinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Bu barədə Publika.az Energetika Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası ilə paralel olaraq "Yaşıl bağlantılar üzrə investisiya" mövzusunda Azərbaycan - Avropa İttifaqı dəyirmi masası təşkil edilib.
Görüşdə Azərbaycan və Aİ biznes dairələri arasında tərəfdaşlıq imkanları dəyərləndirilib.
Dəyirmi masada Azərbaycan tərəfindən energetika nazirinin müavinləri Orxan Zeynalov və Elnur Soltanov, Aİ tərəfindən isə Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun (ENER) enerji platforması və beynəlxalq əlaqələr qrupunun direktoru Kristina Lobillo Borrero, Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğun (DG ENEST) Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adriyen Kiralinin iştirakı ilə keçirilən tədbirdə bağlantılar və ötürmə, bərpa olunan enerji layihələri, elektrik şəbəkələri, enerji səmərəliliyi, enerji saxlanması üzrə əməkdaşlıq diqqət mərkəzində olub.
Dəyirmi masada Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, "Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti" ("GECO Power Company"), "Yaşıl Dəhliz Alyansı" (Green Corridor Alliance), "SOCAR Green", "AzərEnerji" ASC, "Siemens Energy", "Total Energies", "Nobel Energy", "Azerbaijan Green Energy Company", "ACWA Power", "Masdar", ENERCON, EBRD, ADB, IFC və Alman-Azərbaycan Ticarət Palatası təmsil olunub.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar






.jpg)




.jpg)





.jpg)




















