İqtisadi gündəm
Türkiyədən 20 Yanvar bəyanatı
“20 Yanvar 1990-cı il Türk dünyasının yaşamış olduğu ən acı günlərdən biridir. Azərbaycanlı qardaşlarımızın dediyi kimi "Qara Yanvar" bizim üçün də qara bir gündür”.
Publika.az-ın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin 20 Yanvarla bağlı yaydığı bəyanatında bildirilir.
Bəyanatda deyilir ki, 13 Yanvar 1990-cı il tarixində başlayan Bakı qırğınını dayandırmaq iddiası ilə 20 yanvarda Bakıya daxil olan Sovet ordusu xüsusilə, hər kəsin yuxuda olduğu soyuq bir gecəni seçmiş və xalqın ən zəif anından faydalanaraq 143 adamı vəhşicəsinə qətlə yetirmişdi.
“Sovet Ordusunun sərt müdaxiləsi Azərbaycan xalqında böyük oyanışa səbəb oldu. Bu sözdə qiyam yatırma hadisəsi əslində, müstəqillik cəhdlərinin qarşısını almaqla digər respublikalara gözdağı vermək niyyəti idi. Ancaq sovetlərin bu niyyəti baş tutmadı. Əksinə bütün respublikalarda Sovetlərər nifrət oyatdı və xalqların öz müqəddaratını təyinetmə prosesini sürətləndirdi və Azərbaycan çoxdan haqq etdiyi müstəqilliyini qazandı.
20 Yanvar Hüznn günü zalımca edilmiş bir zülmdür və biz zülmü kim edirsə etsin, zalıma qarşıyıq. Hər kim olursa olsun, zülmə uğrayan məzlumların da yanında yer alırıq və almağa da davam edəcəyik”, - bəyanatda bildirilir.
Sənəddə qeyd edilir ki, biz Azərbaycanla bir millət iki dövlət olaraq bu ağrıları birlikdə yaşadıq, birlikdə üzüldük. 20 Yanvar Hüzn Günündə bütün Azərbaycan və Türk millətinin başı sağ olsun deyərkən, bu qırğında həyatlarını itirən qardaşlarımıza də bir daha uca Allahdan rəhmət diləyirik.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO