İqtisadi gündəm
Nəsil müharibəsi: Milyarderlərin nəvələri "sirr qalası"nı belə dağıdırlar
Dünyanın ən qapalı maliyyə institutlarından sayılan ailə ofislərində səssiz, lakin ciddi qarşıdurma yaşanır. Planetin ən varlı ailələrinin sərvətlərini idarə edən bu strukturlarda köhnə və yeni nəsil arasında süni intellekt uğrunda mübarizə gedir.
Publika.az “Fortune” nəşrinə istinadən xəbər verir ki, biznes imperiyalarını quran nəsil onilliklər ərzində ailə sirlərini qorumağa çalışsa da, texnologiya ilə böyüyən nəvələr və gənc analitiklər süni intellekt alətlərindən istifadə etməyə başlayaraq milyarderlərin ən vacib sərvətini - məxfiliyi təhlükə altına qoyurlar.
83 trilyon dollarlıq sərvət uğrunda nəsillərarası qarşıdurma
“Citi” İnstitutunun hesabatı göstərir ki, bu proses tarixdə ən böyük sərvət transferi fonunda baş verir. Növbəti 20-30 il ərzində təxminən 83 trilyon dollar dəyərində aktivlər varislərə ötürüləcək.
Araşdırma zamanı ailə ofislərində tez-tez rast gəlinən bir vəziyyət üzə çıxıb. Gənc analitiklər, bəzən isə şirkət qurucularının nəvə və nəticələri qapalı investisiya sənədlərini gizli şəkildə süni intellekt platformalarına yükləyərək məlumatların xülasəsini hazırlayırlar. Bu, saatlarla vaxt aparan işi bir neçə dəqiqəyə həll edir və investisiya rəhbərlərinin də xoşuna gəlir.
Lakin ailə başçıları məxfi məlumatların üçüncü tərəf serverlərinə ötürüldüyünü öyrənən kimi müzakirələr dayanır.
“Verilənlərin qorunması müzakirə mövzusu deyil. Məlumatların tam təhlükəsizliyinə zəmanət verməyən süni intellekt həllərini qəbul etməyəcəyik”, - ailə ofislərinin rəhbərlərinin mövqeyini “Citi” tədqiqatçıları belə çatdırıblar.
Süni intellekt artıq içəridədir
Buna baxmayaraq, texnologiyanın qarşısını almaq getdikcə çətinləşir. Hesabata görə, ailə ofislərinin 22 faizi artıq əməliyyat və ya investisiya analizində süni intellektdən istifadə edir. Bir il əvvəl bu göstərici cəmi 13 faiz idi.
Bundan başqa, investisiyaların effektivliyi ilə bağlı hesabatların hazırlanmasını süni intellektə etibar edən ofislərin sayı son bir ildə iki dəfədən çox artıb.
Ekspertlərin fikrincə, texnologiya çox vaxt “arxa qapı” vasitəsilə sistemə daxil olur. İşçilərin hər gün istifadə etdiyi proqram təminatları və platformalarda quraşdırılmış süni intellekt funksiyaları ailə rəhbərlərinin xəbəri olmadan məxfi məlumatlarla işləyə bilir.
Ən böyük təhlükə bazarlar deyil
"UBS Wealth Global Next Generation Report"un daha əvvəl dərc edilmiş hesabatı isə milyardlarla dollarlıq sərvətin ötürülməsi zamanı əsas təhlükənin maliyyə böhranları deyil, nəsillər arasında ünsiyyət çatışmazlığı olduğunu göstərib.
Sorğuda iştirak edənlərin 33 faizi ultra varlı ailələrdə münaqişələrin əsas səbəbi kimi məhz kommunikasiya böhranını göstərib.
Varislərin təxminən yarısı bildirib ki, əvvəlki nəsil sərvətin ötürülməsi ilə bağlı heç bir sistemli müzakirə aparmayıb və onları qeyri-müəyyən vəziyyətdə qoyub.
Bununla belə, yeni nəsil artıq yalnız sərvəti qəbul edən tərəf olmaq istəmir. Kapitalın idarə olunmasında aktiv iştirak edən varislərin payı 13 faizdən 22 faizə yüksəlib. Onların əsas modernləşmə aləti isə süni intellektdir.
Ekspertlər xəbərdarlıq edirlər ki, yaşlı nəsil texnologiyaların tətbiqinə imkan verməsə, istedadlı gənclər daha innovativ strukturlara üz tutacaqlar.
Məqalədə diqqət çəkən məqamlardan biri də budur ki, milyarderlərin illərlə qurduğu rəqəmsal təhlükəsizlik qalası hakerlər və ya dövlət tənzimləyiciləri tərəfindən deyil, xərcləri azaltmaq istəyən və korporativ ChatGPT lisenziyasına sahib 28 yaşlı bir nəvə tərəfindən sarsıdıla bilər.
Müəllif: Adəm
-
Nida Xəbər 10:24Fuad Çıraqova səfirlikdə vəzifə verildi
-
MDB09:54Ukrayna hər yeri mühasirəyə alıb: Krımda böhran yaşanır, Rusiya əlacsızdır
-
Magazin208:49Bacısı gənc reperin öldüyünü açıqladı - Həkim səhvi ucbatından...
-
Dünya08:10Kiyevə dəhşətli hücum - Ölən və xəsarət alanlar var
-
Region02:18Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
-
Qoroskop01:40Günün ulduz falı: Müdrik və təmkinli qərarlar uğur gətirəcək
-
Hadisə1 İyun 23:05Sumqayıtda yaşayış binasında yanğın
-
Hadisə1 İyun 21:51Qoşulub qaçan gənclərlə bağlı rəsmi açıqlama







.jpg)






























