İqtisadi gündəm
Dünya neftsiz qala bilər: Rusiya 12 milyon barellik itkidən danışdı
Yaxın Şərqdə davam edən müharibə fonunda dünyada görünməmiş enerji böhranı yaranıb.
Publika.az xəbər verir ki, bunu Rusiyanın baş nazir müavini Aleksandr Novak Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırkı böhran miqyasına görə hətta XX əsrdə yaşanan enerji böhranlarını da geridə qoyur.
Novak bildirib ki, dünya bazarı hər gün təxminən 12 milyon barel neft itirir. Buna baxmayaraq, bazar hələlik böhranın bütün nəticələrini hiss etmir, çünki əvvəlcədən toplanmış ehtiyatlardan istifadə olunur.
“Əvvəllər bazarda profisit mövcud idi və hazırda həmin ehtiyatlar hesabına vəziyyət idarə olunur. Lakin yaxın üç ay ərzində bu böhranın nəticələri daha aydın şəkildə hiss oluna bilər”, - deyə o vurğulayıb.
Rusiya rəsmisi hesab edir ki, mövcud vəziyyət qlobal enerji bazarında ciddi dəyişikliklərə və qiymətlərin daha da artmasına səbəb ola bilər.
Adəm
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə










.jpg)













.jpg)














