İqtisadi gündəm
Azərbaycan səfiri Rusiya ilə iqtisadi əməkdaşlıqdan danışdı
"Moskva ilə Bakı arasında ticarət-iqtisadi əməkdaşlıq uğurla inkişaf edir, lakin bütövlükdə iki ölkənin iqtisadi potensialına və imkanlarına cavab vermir".
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Sahib oğlu Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SBİF) çərçivəsində Lenta.ru-ya verdiyi müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, 2025-ci ildə Rusiya İtaliya və Türkiyədən sonra Azərbaycanın üçüncü ticarət tərəfdaşı olub və Bakının qeyri-neft məhsullarının ixracı üçün 32 faizdən çox payla əsas bazar rolunu oynayıb. Mustafayev bu tendensiyanı müsbət qiymətləndirib.
"Bununla belə, cari ilin beş ayının yekunlarına görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə qarşılıqlı ticarət dövriyyəsinin həcmində azalma qeydə alınıb", - deyə o qeyd edib.
Mustafayev ticarət dövriyyəsinin həcmini artırmaq və onun strukturunu keyfiyyətcə yaxşılaşdırmaq üçün Azərbaycanın tranzit imkanlarından, ilk növbədə "Şimal-Cənub" marşrutundan səmərəli istifadənin son dərəcə vacib olduğunu vurğulayıb.
O, həmçinin bildirib ki, Rusiya şirkətlərinin Ələt Azad İqtisadi Zonası, Sumqayıt Sənaye Zonası, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki investisiya layihələrində fəal iştirakı ölkələrimiz arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının canlanmasında müsbət rol oynaya bilər.
Hüseyn İbadlı
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi

















081218_2.jpg)






.jpg)














