İqtisadi gündəm
Gümüşdən sonra qızıl da kəskin ucuzlaşdı
"Comex" birjasında avqust ayında çatdırılma şərti ilə qızıl fyuçerslərinin qiyməti martın 23-dən bəri ilk dəfə olaraq bir troy unsiyası üçün 4250 dollardan aşağı düşüb.
Publika.az xəbər verir ki, bu barədə "TASS" ticarət platformasının məlumatlarına istinadla məlumat yayıb.
Məlumata görə, Bakı vaxtı ilə saat 03:23-də qızılın qiyməti 2,66% azalaraq bir troy unsiyası üçün 4247,2 dollara enib.
Bununla belə, saat 03:28-ə olan məlumata görə, fyuçersin dəyərindəki ucuzlaşma bir qədər səngiyib və qiymət bir troy unsiyası üçün 4247,7 dollar (-2,65%) səviyyəsində qalıb.
"Fontvielle" investisiya şirkətinin satış və müştəri xidmətləri idarəsinin direktoru Ruslan Spinkanın sözlərinə görə, 2026-cı ilin əvvəlində qızıl qiymətləri rekord göstəricilər nümayiş etdirsə də, sonradan kəskin ucuzlaşaraq 5000 dollar səviyyəsində qərarlaşmışdı. Ekspert bildirib ki, kotirovkalardakı belə dalğalanmalar investorların təhlükəsiz aktivlərə yüksək tələbatı ilə bağlıdır, lakin qiymət artımının obyektiv səbəblərlə əsaslandırılmaması bazara spekulyativ kapitalın axınından xəbər verir.
Qeyd edək ki, bundan öncə gümüş fyuçerslərinin qiyməti 23 mart 2026-cı ildən bəri ilk dəfə troya unsiyası üçün 65 dollardan aşağı düşüb.
Hüseyn İbadlı
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə


































