İqtisadi gündəm
Bitkoin 200 min dollara çatacaq? – Milyarder kriptovalyuta tərəfdarlarını ələ saldı
Kanadalı milyarder, mədən sənayesində sərvət qazanan və qızılın qatı tərəfdarı kimi tanınan Frank Custra kriptovalyuta icmasının səsləndirdiyi yüksək qiymət proqnozlarını lağa qoyub.
Publika.az xəbər verir ki, mübahisə kriptovalyuta eksperti Kris Millasın "X" sosial şəbəkəsində paylaşımından sonra başlayıb. O, "İnsanlar yadplanetlilərin mövcudluğuna inanmağa Bitkoinin 2026-cı ildə 150-200 min dollara çatacağından daha çox hazırdırlar" sözləri ilə bazar skeptiklərini tənqid edib.
Bitkoinə qarşı sərt mövqeyi ilə seçilən Custra isə dərhal cavab verərək bildirib:
"Bitkoinin nə vaxtsa 200 min dollar həddini keçəcəyinə dair sübutlardan daha çox yadplanetlilərin mövcudluğunu göstərən dəlillər var."
Milyarder daha əvvəl də kriptovalyutalarla bağlı nikbin proqnozları ilə tanınan Kasye Vudu kəskin tənqid etmişdi.
Xatırladaq ki, Vud son açıqlamasında Bitkoin üçün baza ssenarisində 730 min dollar, ən optimist ssenaridə isə 2030-cu ilədək 1,5 milyon dollar qiymət proqnozunu təsdiqləyib. O, Bitkoini fiat valyutaların dəyərdən düşməsinə qarşı ən vacib "sığorta polisi" kimi qiymətləndirir.
Fiziki qızılın tərəfdarı olan Custra isə bu proqnozları "tamamilə dəlilik" adlandırıb.
"Belə şərhləri izləmək sadəcə utandırıcıdır. Bitkoin heç vaxt 1 milyon dollar olmayacaq", - deyə milyarder vurğulayıb.
Adəm
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi

















081218_2.jpg)






.jpg)














