İqtisadi gündəm
Maskın kosmik uğuru Səudiyyə şahzadəsinə milyardlar qazandırdı
“SpaceX” şirkətinin birjada uğurlu debütü Səudiyyə Ərəbistanının ən varlı şəxslərindən biri olan şahzadə Əl-Vəlid ibn Təlal və ölkənin investisiya fondları üçün rekord gəlirlə nəticələnib.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, “SpaceX” səhmlərinin ilk ticarət günündə sürətlə bahalaşması şahzadəyə məxsus “Kingdom Holding” investisiya şirkətinin dəyərini də ciddi şəkildə artırıb. Şirkətin sahib olduğu 42,4 milyon “SpaceX” səhminin bazar dəyəri 6,8 milyard dollara (11 milyard 560 milyon manat) yüksəlib ki, bu da artıq “Kingdom Holding”in ümumi bazar kapitallaşmasının təxminən yarısını təşkil edir.
Bunun fonunda şirkətin səhmləri ticarətin açılışında 5 faiz artıb və bazar dəyəri 56 milyard riala (23 milyard 330 milyon Azərbaycan manatı) çatıb.
“SpaceX”dən rekord gəlir
Xatırladaq ki, “SpaceX” (Space Exploration Technologies) ötən həftə tarixdə ən iri IPO-lardan biri çərçivəsində 75 milyard dollar (127 milyard 500 milyon manat) cəlb etdikdən sonra birjada ticarətə başlayıb. İlk sessiyanın sonunda şirkətin səhmləri 19 faiz yüksələrək 160,95 dollar (273 milyard 615 milyon manat) səviyyəsində bağlanıb.
Bu artım şirkətin iri investorlarına da milyardlarla dollar qazandırıb. Belə ki, Piter Tilin rəhbərlik etdiyi “Founders Fund” təxminən 3 faiz paya malikdir. “Andreessen Horowitz” fondu üçün isə bu investisiyanın tarixində ən böyük gəlir gətirən layihələrdən biri olacağı bildirilir. “Sequoia Capital” da şirkətdə təxminən 1,5 faiz pay saxlayır.
Bundan əvvəl “Kingdom Holding” açıqlamışdı ki, şirkətin “SpaceX”də payı 0,34 faizdir. Bundan əlavə, şahzadə Əl-Vəlidin şəxsi payının da təxminən 0,29 faiz olduğu qeyd olunur.
“Bloomberg Billionaires Index”in hesablamalarına görə, bu aktivlərin dəyər qazanması nəticəsində Əl-Vəlid ibn Təlalın sərvəti 27 milyard dolları ötüb və son on ilin ən yüksək səviyyəsinə çatıb.
Ərəb sərmayəsi süni intellektə axır
Məqalədə qeyd olunur ki, “SpaceX”in birja uğuru təkcə şahzadənin şirkətinə deyil, Səudiyyə Ərəbistanının suveren İctimai İnvestisiya Fonduna (PIF) də əlavə üstünlüklər yaradacaq. Fond “Kingdom Holding”də pay sahibidir və son illərdə yüksək texnologiyalarla süni intellekti iqtisadi şaxələndirmə strategiyasının əsas istiqamətlərindən birinə çevirib.
Bu il PIF tərəfindən dəstəklənən “Humain” şirkəti İlon Maskın “xAI” startapına 3 milyard dollar investisiya yatırıb. Bildirilir ki, bu investisiya gələcəkdə “SpaceX” səhmlərinə çevrilə biləcək pay əldə etmək imkanı yaradır.
Hazırda Körfəz ölkələrinin investorları süni intellekt sektorunda da fəallıqlarını artırırlar. Əbu-Dabi fondu MGX artıq “Anthropic”, “OpenAI” və “xAI” layihələrinə sərmayə yatırıb. Qətər də oxşar strategiya ilə texnologiya sektorunda mövqelərini gücləndirir.
Müəllif: Adəm
-
Kriminal19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO
-
Dünya14:22Jurnalistin sualı Baxçalını əsəbiləşdirdi: Belə cavab verdi
-
Yaxın Şərq13:46İran və Oman arasında kritik razılaşma: Hörmüz boğazında yeni marşrutlar açılır
-
Rəsmi xronika13:42İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir














.png)






.jpg)

















