İqtisadi gündəm
Ölkənin ən zəngin qadınından inanılmaz addım: Bir milyard dolları...
Dünyanın ən zəngin qadınlarından biri və Avstraliyanın ən varlı şəxsi, "Hancock Prospecting" mədən şirkətinin rəhbəri Cina Reynhart "SpaceX" şirkətinə bir milyard dollardan çox sərmayə qoyub. Bununla da o, şirkətin səhmlərini əldə edib.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Məqalədə qeyd olunur ki, İlon Maskın tarixdə ilk dollar trilyonçusu olmasına dəstək verən bu investisiya, eyni zamanda "Hancock Prospecting" şirkətinin dəmir filizi hasilatı sektorundan kənara yatırdığı ən böyük birdəfəlik maliyyə yatırımıdır.
"Bloomberg"in məlumatına əsasən, 72 yaşlı Reynhart 36.9 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanları reytinqində 60-cı pillədə qərarlaşıb.
Ötən həftə "SpaceX" tarixinin ən böyük ilkin səhm yerləşdirməsini (IPO) həyata keçirib. Nəticədə şirkətin ümumi kapitallaşması 2.1 trilyon dollara, şirkətin rəhbəri İlon Maskın şəxsi sərvəti isə təqribən 1.1 trilyon dollara yüksəlib. (Oxu.az)
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
















.jpg)





.jpg)














