İqtisadi gündəm
ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz
ABŞ-ın dövlət borcunun sürətlə artması gələcəkdə bütün dünyada kreditlərin bahalaşmasına səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “Vedomosti” nəşrinə danışan ekspertlər xəbərdarlıq ediblər.
Bildirilir ki, may ayında ABŞ-nin dövlət borcu 39,2 trilyon dollara (66 trilyon 640 milyard Azərbaycan manatı) çatıb. Bu isə bir ay ərzində 240 milyard dollarlıq (408 milyard Azərbaycan manatı) artım deməkdir. Həmin dövrdə borcun xidmət göstərilməsi üzrə orta faiz dərəcəsi 3,35 faiz olub.
Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2031-ci ilə qədər ABŞ-nin dövlət borcu ölkənin ümumi daxili məhsulunun 142 faizinə yüksələcək.
Ekspertlərin fikrincə, əsas risk ABŞ dövlət istiqrazlarının daha yüksək gəlirlilik təqdim etməsi ilə bağlıdır. Bu halda investorlar pullarını digər ölkələrdən çıxarıb ABŞ aktivlərinə yönəldə bilər.
Məsələni şərh edən iqtisadçı Mixail Qordiyenko bildirib ki, başqa ölkələr faiz dərəcələrini aşağı salsa, investorlar ABŞ dövlət borcuna üstünlük verəcək. Bu isə milli valyutaların zəifləməsi, kapital axını və idxal inflyasiyasının artması ilə nəticələnə bilər.
“Qazprombank”ın Bazar Strategiyaları Mərkəzinin rəhbəri Yeqor Susinin sözlərinə görə, dollar hələ də qlobal maliyyə sistemində əsas valyuta olaraq qalır.
Onun sözlərinə görə, dünya üzrə əməliyyatların, valyuta ehtiyatlarının, ödənişlərin, investisiyaların və borcların böyük hissəsi dollarla formalaşdığı üçün ABŞ-da faizlərin və gəlirliliyin artması digər regionlara da təsirsiz ötüşmür.
Mütəxəssislər hesab edirlər ki, ABŞ-da dövlət borcunun artmasının əsas səbəbləri xroniki büdcə kəsiri, borcların yenidən maliyyələşdirilməsinin bahalaşması və məcburi dövlət xərclərinin yüksəlməsidir.
Rusiya Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin eksperti Roman Volkov qeyd edib ki, bu problem uzun illərdir davam edir və administrasiya xərcləri azaltmaq üçün sərt qərarlar qəbul etməkdə çətinlik çəkir. Onun fikrincə, Donald Tramp tərəfindən tətbiq edilən idxal rüsumları da büdcəyə əlavə gəlir cəlb etmək cəhdi kimi qiymətləndirilə bilər.
Müəllif: Adəm
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir










.jpg)

























.jpg)

