İqtisadi gündəm
Qızıl kəskin ucuzlaşdı
Comex birjasında avqust tədarüklü qızıl fyuçerslərinin qiyməti iyunun 12-dən bəri ilk dəfə bir troy unsiyası üçün 4200 dollar həddindən aşağı düşüb.
Publika.az TASS-a istinadla xəbər verir ki, qiymətli metalın dəyərində eniş qeydə alınıb.
Bakı vaxtı ilə saat 06:06-ya olan məlumata görə, qızılın qiyməti 1,12% azalaraq bir troy unsiyası üçün 4198,2 dollara enib.
Eyni zamanda, 2026-cı ilin iyul ayı üçün gümüş fyuçerslərinin dəyəri 2,25% azalaraq bir troy unsiyası üçün 64,82 dollar təşkil edib.
İlin əvvəlində qızılın qiyməti rekord göstəricilər nümayiş etdirsə də, sonradan kəskin şəkildə azalaraq 5000 dollar səviyyəsində qərarlaşmışdı.
“Fontvielle” investisiya şirkətinin satış və müştəri xidmətləri şöbəsinin direktoru Ruslan Spinka bildirib ki, kotirovkalardakı bu cür dalğalanmalar investorların təhlükəsiz aktivlərə yüksək tələbatı ilə bağlıdır və qiymət artımının obyektiv səbəblərlə dəstəklənmədiyini nəzərə alsaq, burada spekulyativ kapitalın axınını görmək olar.
Hüseyn İbadlı
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə

































