İqtisadi gündəm
Kartlardan silinən vəsait: Bank onu qaytarmağa borcludur?
Azərbaycan Beynəlxalq Bankının (ABB) bəzi kart əməliyyatlarında yaranan texniki problem müştərilər arasında narahatlıq yaradıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bir sıra vətəndaşların bank kartlarından müxtəlif məbləğlərdə vəsaitlər silinib. Bankdan bildirilib ki, hadisənin səbəbləri araşdırılır.
Azərbaycan Mərkəzi Bankının yaydığı açıqlamada isə qeyd olunub ki, bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi ilə bağlı texniki nasazlıq aradan qaldırılıb:
"İyunun 24-də “Azərikard” MMC-yə üzv olan bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsi ilə bağlı bildirilir ki, sözügedən insident hər hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı deyil, texniki səbəblərdən baş verib".
Bildirilib ki, Mərkəzi Bankın ödəniş sistemlərinin, eləcə də ölkədə fəaliyyət göstərən prosessinq mərkəzlərinin və kommersiya banklarının informasiya sistemləri və ödəniş infrastrukturunun sabitliyi, davamlılığı və etibarlılığı ilə əlaqədar hər hansı çətinlik müşahidə olunmur:
“Qeyd olunan texniki nasazlıq aidiyyəti üzrə artıq aradan qaldırılıb. Bank xidmətləri müştərilərindən yalnız rəsmi mənbələrdə əks etdirilən məlumatlara istinad edilməsi xahiş olunur”.
Bir anlıq təsəvvür edək ki, problem hələ də aradan qaldırılmayıb və bu, məhz kiberhücum nəticəsində baş verib. Bu halda bank müştərilərin itirdiyi vəsaiti geri qaytarmağa borcludurmu?
Mövzu ilə bağlı Publika.az-a danışan hüquqşünas Əkrəm Həsənov ilk öncə onu bildirdi ki, bu problem yalnız ABB-də baş verməyib:
"Problem Azərikartın sistemində yaranıb və buna görə də onun xidmət göstərdiyi bir sıra bankların müştəriləri eyni problemlə üzləşiblər. Məsələn, mən ABB-nin deyil, başqa bir bankın müştərisiyəm və dünən kartımda da eyni hal yaşandı. Müəyyən saatlarda hesabımdakı vəsait azaldı, daha sonra isə yenidən bərpa olundu.

Problemin səbəbi emal (prosessinq) sistemindəki texniki nasazlıq da ola bilər, kiberhücum da. Hər iki halda müştəri qarşısında məsuliyyəti bank daşıyır. Əgər problem prosessinq mərkəzindən qaynaqlanıbsa, həmin mərkəz isə öz növbəsində bank qarşısında məsuliyyət daşıyır. Müştərinin hüquqları baxımından isə əsas məsul tərəf bank hesab olunur".
Müəllif: Gülnar Süleymanova
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Nida Xəbər 15 İyul 22:32Milli Məclis təsdiqlədi - Bu dövlət rüsumu 50 manat oldu
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya15 İyul 17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika15 İyul 16:02İlham Əliyev sərəncam imzaladı





































