Şəkər tozu kəskin şəkildə bahalaşacaq - XƏBƏRDARLIQ
Bizi izləyin

İqtisadi gündəm

Şəkər tozu kəskin şəkildə bahalaşacaq - XƏBƏRDARLIQ

Şəkər tozu kəskin şəkildə bahalaşacaq - XƏBƏRDARLIQ

Arzuolunmaz təbiət hadisəsi olan "El-Ninyo" Hindistanda şəkər qamışı məhsullarını məhv edə bilər. Əgər belə bir ssenari reallaşarsa, ölkə şəkər ixracını məhdudlaşdırmaq məcburiyyətində qalacaq. Nəticədə dünya bazarında şəkərin qiyməti kəskin şəkildə yüksələcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezident Akademiyasının Beynəlxalq Aqrobiznes və Ərzaq Təhlükəsizliyi Mərkəzinin direktoru Anatoli Tixonov "RİA Novosti"yə açıqlamasında məlumat verib.

Ekspertin sözlərinə görə, Hindistanda illik şəkər istehsalı 3-8 milyon ton azala bilər.

"Əgər Hindistan ixrac proqramını tamamilə dondursa, Braziliya isə özünün emal gücünü məhdud olması səbəbindən tədarükü sürətlə artıra bilməsə, dünya bazarında qiymətlər ciddi şəkildə yüksələcək" – deyə Tixonov qeyd edib.

O həmçinin qeyd edib ki, Hindistanda məlum iqlim fenomenini məcazi mənada "əsl maliyyə naziri" adlandırırlar. Şəkər qamışı Hindistanda düyüdən sonra ikinci ən mühüm strateji məhsul sayılır. Ölkə şəkər istehsalı və ixracına görə Braziliya ilə liderliyi bölüşür. Hazırda şəkər qamışının əsas becərilmə bölgələri sayılan Maharashtra, Karnataka və Tamilnad ştatları artıq "El-Ninyo"nun bölgəyə yaxınlaşmasını hiss edir və ciddi su qıtlığı ilə üzləşirlər.

"El-Ninyo" ilə bağlı xəbərlərin təsiri altına düşən London birjasında şəkər tozunun qiyməti artıq iyunun əvvəlində qalxmağa başlamışdı-1 ton üçün 660 dollar.

Hindistan isə öz növbəsində sentyabrın 30-na kimi şəkər ixracıNI əhəmiyyətli dərəcədə dayandırdığını bəyan edib. Ekspertin proqnozuna görə, əgər ölkə şəkər tədarükünü tamamilə dayandırmaq qərarına gəlsə, dünya bazarında qiymətlər bir ton üçün 750-800 dollara qədər yüksələcək.

Tixonovun proqnozlarına görə, şəkərin bahalaşması bir çox idxalçı ölkə üçün, xüsusən də Afrika və Cənubi Asiyadakı ölkələrə baha başa gələcək. Şəkər tozunun qiymətinin qalxması ümumi ərzaq səbətinin 10-15% bahalaşması demək olacaq.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm