İqtisadi gündəm
Çin Rusiyaya qapıları açdı: Avropada təhlükə siqnalı çalındı
Çinin Rusiya istehsalı olan yemlər üçün bazarını açmaq qərarı Polşada narahatlıq yaradıb.
Publika.az xəbər verir ki, bu barədə Polşanın “Top agrar” nəşri yazıb.
Məlumata görə, Pekin artıq Çin bazarına məhsul ixrac etmək istəyən Rusiya müəssisələri üçün tələbləri müəyyənləşdirib. Bildirilir ki, bu addım Rusiya ilə Çin arasında aqrar-sənaye sahəsində əməkdaşlığın genişlənməsinin növbəti mərhələsidir.
Qeyd olunur ki, Rusiya yemlərinin Çin bazarına daxil olması mövcud təchizatçılar üçün rəqabəti daha da gücləndirəcək. Bildirilir ki, sabit tədarük və daha rəqabətli qiymətlər sayəsində Rusiya şirkətləri mövqelərini gücləndirə bilər.
Nəşr qeyd edir ki, bunun nəticəsində Avropa istehsalçıları Çin kimi dünyanın ən iri bazarlarından birində mövqelərinin bir hissəsini itirmək riski ilə üzləşə bilər.
“Top agrar”ın qiymətləndirməsinə görə, bu qərar beynəlxalq ticarət əlaqələrində dəyişikliklərin davam etdiyini və Rusiyanın Çin kənd təsərrüfatı bazarında rolunun daha da artdığını göstərir.
Adəm
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz







.jpg)




























