İqtisadi gündəm
“Park Yasamal”da hazır və tikintisi davam edən binalarda mənzillər satışdadır - “Kristal”
Bakıda mənzil bazarında alıcıların gözləntiləri ildən-ilə dəyişir. Bu gün mənzil seçərkən qiymət və yerləşmə ilə yanaşı, yaşayış mühiti, təhlükəsizlik, yaşıllıq sahələri, nəqliyyat əlçatanlığı və kompleksdaxili infrastruktur da əsas seçim meyarları sırasında yer alır.
Bu baxımdan “Park Yasamal” yaşayış kompleksi alıcıların maraq göstərdiyi layihələrdən biri olaraq qalır. Bir neçə mərhələdən ibarət layihə çərçivəsində həm təhvil verilmiş binalarda, hazır mənzillər, həm də tikintisi davam edən binalarda müxtəlif planlaşdırmaya malik mənzillər satışdadır.
.jpg)
Yasamal rayonunda yerləşən kompleks şəhərin əsas nəqliyyat istiqamətlərinə rahat çıxışı və əlverişli yerləşməsi ilə seçilir. Müasir yaşayış tələbləri nəzərə alınaraq layihələndirilən kompleksdə bütün sahələr üzrə mənzil seçimləri təqdim olunur.
Layihə çərçivəsində hazır 82,39 kv.m-dən 95,97 kv.m-dək 3 otaqlı, 103,32 kv.m-dən 120,47 kv.m-dək 4 otaqlı, eləcə də studiya tipli mənzillər alıcıların ixtiyarına verilir.
Mənzillərin layihələndirilməsi zamanı funksionallıq və komfort əsas prioritet kimi götürülüb. Səmərəli planlaşdırma sayəsində hər kvadratmetrdən maksimum istifadə imkanı yaradılıb, bu isə həm rahat yaşayışı, həm də məkanın daha effektiv təşkilini təmin edir.
Layihə çərçivəsində mənzil almaq istəyənlər üçün müxtəlif maliyyələşdirmə imkanları da təqdim olunur. Alıcılar mənzilləri 20% ilkin ödənişlə 20 ilədək ipoteka krediti, 36 ayadək daxili kredit və ya “Evini hissə-hissə al” modeli vasitəsilə əldə edə bilərlər. Əməkhaqqı göstəricilərindən asılı olaraq 15% ilkin ödənişlə ipoteka imkanından istifadə etmək də mümkündür.
.jpg)
Mənzillərin təmiri zamanı istifadə olunan materiallar da layihənin yüksək keyfiyyətini aydın şəkildə göstərir: Almaniyanın "HARO” parketləri, İtaliyanın "GEWISS”elektrik açarları, yanmayan "Prysmian” kabelləri, divarlarda "Zambaiti Parati” divar kağızları, hamam aksesuarlarında "GROHE”, ümumi və sanitar sahələrdə isə "Infinity” keramoqranitləri istifadə olunur.
Fasad və pəncərə sistemlərində tətbiq olunan izolyasiya texnologiyaları xarici səs-küyün minimuma endirilməsinə kömək edir. Mənzillərarası döşəmə və divar konstruksiyalarında istifadə edilən xüsusi izolyasiya materialları isə həm istilik itkisinin qarşısını alır, həm də əlavə komfort yaradır.
.jpg)
“Park Yasamal”ın üstünlüklərindən biri də kompleksdaxili infrastrukturudur. Ərazidə geniş yaşıllıq sahələri, park və istirahət zonaları, uşaq oyun meydançaları, idman meydançaları, avtomobilsiz həyət konsepsiyası, 24/7 təhlükəsizlik sistemi və geniş avtodayanacaq sakinlərin istifadəsinə verilib.
Kompleksin yaxınlığında məktəb, uşaq bağçası, marketlər, ictimai iaşə obyektləri və digər sosial xidmət müəssisələrinin yerləşməsi gündəlik həyatı daha rahat təşkil etməyə imkan yaradır.
Layihə barədə ətraflı məlumat almaq üçün satış ofisinə müraciət edə və ya *1544 nömrəsi ilə əlaqə saxlaya bilərsən.
Ətraflı məlumat: *1544
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO


































