İqtisadi gündəm
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
Azərbaycana nadir (raritet) avtomobillərin gətirilməsi zamanı vergi və gömrük güzəştlərinin tətbiqi ilə bağlı yeni qaydalar müəyyən edilib.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yeni qanunvericiliyə əsasən, Mədəniyyət Nazirliyinin verdiyi təsdiqedici sənəd əsasında bir şəxs təqvim ili ərzində yalnız bir nadir avtomobili güzəştli şərtlərlə ölkəyə idxal edə biləcək.
Təsdiqedici sənəd əsasında şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) artıq olmamaqla idxal edilən nadir (raritet) avtonəqliyyat vasitələrinə vergi və gömrük güzəştləri tətbiq olunur.
Bu məqsədlə Mədəniyyət Nazirliyi “Nadir (raritet) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə güzəştli şərtlərlə idxalına dair təsdiqedici sənədin verilməsi Qaydaları”nı hazırlayıb.
Qaydalara əsasən, Nazirlik yanında fəaliyyət göstərəcək Ekspert Komissiyası müraciətlərə baxacaq və avtomobillərin nadir (raritet) statusuna uyğun olub-olmaması barədə rəy verəcək. Qiymətləndirmə zamanı avtomobilin tarixi və mədəni əhəmiyyəti, nadirliyi, kolleksiya dəyəri, orijinallığı, texniki vəziyyəti və digər meyarlar nəzərə alınacaq.
Yeni mexanizmin tətbiqi nadir avtomobillərin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunmasına, həmçinin tarixi və kolleksiya dəyəri yüksək olan avtomobillərin ölkəyə gətirilməsinin təşviqinə xidmət edəcək.
Güzəştli idxal üçün təsdiqedici sənəd almaq istəyən şəxslərin elektron müraciətlərinin qəbulu 9 iyul 2026-cı il saat 14:00-dan başlayır. Müraciətlər my.culture.az informasiya sistemi vasitəsilə elektron qaydada qəbul olunacaq.
Müraciətlər iki mərhələdə qiymətləndiriləcək. İlk mərhələdə təqdim olunan sənədlər yoxlanılacaq, daha sonra Ekspert Komissiyası avtomobili ekspertiza və qiymətləndirmədən keçirəcək.
Əlavə məlumat almaq istəyənlər Mədəniyyət Nazirliyinin 147 Çağrı Mərkəzinə zəng edə və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO


































