İqtisadi gündəm
AQTA-nın əhaliyə əvəzsiz "xidməti": Ətin qiyməti kəskin artacaq
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qərarına əsasən, 2027-ci ildən ölkəyə idxal olunan iribuynuzlu və xırdabuynuzlu heyvanlar yalnız xüsusi standartlara cavab verən nəqliyyat vasitələri ilə daşınmalıdır. Qurumun məlumatına görə, yeni tələblər heyvanların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılma riskinin azaldılması və heyvan rifahının yaxşılaşdırılması məqsədi daşıyır. AQTA onu da bildirib ki, yeni qaydalara əsasən, diri heyvanların daşındığı avtomobillərə əvvəlki sayda heyvan yüklənməsinə icazə verilməyəcək.
Qərar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər buna etiraz edərək, "Qoyun-quzunu limuzində daşımalıdırlar? Dədə-babalarımız onları arabalarda daşıyıblar, məgər nəsə olub?" kimi fikirlər səsləndiriblər.
Yeni tələblərin sahibkarların daşınma xərclərini artıracağı gözlənilir. Bu isə onsuz da yüksək olan ət və ət məhsullarının bahalaşacağı ilə bağlı narahatlıqları gündəmə gətirib. Eyni zamanda, standartlara uyğun nəqliyyat vasitələrinin kim tərəfindən təmin ediləcəyi və əlavə logistika xərclərinin son nəticədə istehlakçıya necə təsir göstərəcəyi də maraq doğuran məsələlərdəndir.
Mövzu ilə bağlı Publika.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirdi ki, heyvanların daşınmasının tamamilə nizamsız şəkildə həyata keçirilməsi müəyyən risklər yaradır.
"Bu baxımdan heyvanların müəyyən standartlara cavab verən nəqliyyat vasitələri ilə daşınması tələbi tamamilə məntiqlidir. Çünki hazırda istənilən ölkədə, o cümlədən Azərbaycanda sərhəd-keçid məntəqələrində yük avtomobillərinin ləngiməsi qaçılmazdır. Daşınma müddətinin uzanması isə həm diri heyvanların sağlamlığına, həm də ət məhsullarının keyfiyyətinə birbaşa mənfi təsir göstərir".

İqtisadçı vurğuladı ki, bu tələblər daşınma xərclərini artıracaq, bu da ət və ət məhsullarının qiymətinə müəyyən təsir göstərəcək:
"Əlavə logistika xərcləri sahibkarların maliyyə yükünü artıracaq və nəticədə məhsulun maya dəyərinə təsir edəcək.
Bununla belə, prosesi tamamilə nəzarətsiz saxlamaq da düzgün yanaşma deyil. Burada əsas məsələ tətbiq olunacaq tələblərin proporsional və çevik olmasıdır. Çünki nəqliyyat vasitələrinə qoyulan tələblər daşınma məsafəsindən, marşrutdan və idxal olunan ölkədən asılı olaraq fərqlənməlidir. Məsələn, uzaq ölkələrdən günlərlə daşınan heyvanlarla qonşu Gürcüstandan qısa müddətdə gətirilən heyvanlar üçün eyni standartların tətbiqi hər zaman iqtisadi baxımdan əsaslandırılmış olmaya bilər.
Ona görə də standartlar həm heyvanların sağlamlığını və təhlükəsizliyini təmin etməli, həm də sahibkarlar üçün həddindən artıq maliyyə yükü yaratmamalıdır. Hesab edirəm ki, bu sahədə tənzimləmələrin aparılması zəruridir. Ancaq həmin tənzimləmələr elə müəyyənləşdirilməlidir ki, bazarda əlavə xərc və qiymət artımını minimuma endirsin."
Müəllif: Gülnar Süleymanova
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Maraq dünyası12:03Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükr edir - FOTO
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...










.jpg)

























.jpg)


