İqtisadi gündəm
Qızıla yatırım etmək istəyənlərin nəzərinə: Ən sərfəli variant açıqlandı
Qızıl hasil edən şirkətlərin səhmlərinə yatırım daha çox qısamüddətli spekulyativ məqsədlər üçün uyğundur. Uzunmüddətli investisiya baxımından isə birbaşa birja qızılına üstünlük verilməlidir.
Publika.az xəbər verir ki, bunu "BKS Mir İnvestisiyaları"nın fond bazarı üzrə eksperti Lyudmila Rokotyanskaya "Prime" agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, əgər məqsəd qısamüddətli qazanc əldə etməkdirsə, yanvar ayındakı pik həddən təxminən 50 faiz ucuzlaşan "Polyus" şirkətinin səhmləri texniki baxımdan cəlbedici görünür.
Ekspert bildirib ki, uzunmüddətli investisiya üçün isə birja qızılı (GLDRUB) və ya qızıl fyuçersləri daha məqsədəuyğun seçim hesab olunur. O qeyd edib ki, ilin əvvəlindən qızılın qiymətində müşahidə olunan təxminən üçdəbir azalma bazara mərhələli şəkildə daxil olmaq üçün əlverişli imkan yaradır. Onun proqnozuna görə, qızılın bir unsiyasının qiyməti 3800 dollara qədər geriləyə bilər.
Rokotyanskaya əlavə edib ki, konkret şirkətlərin səhmlərinə investisiya zamanı həmin biznesin maliyyə göstəriciləri və makroiqtisadi amillər daha böyük rol oynayır. Yüksək faiz dərəcələri şəraitində isə əksər şirkətlər fəaliyyət sahəsindən asılı olmayaraq dividend ödənişlərini azaltmağa üstünlük verirlər.
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü









.jpg)

.jpg)


.png)





















