İqtisadi gündəm
Bu vergi ödəyicilərinə maliyyə güzəşti tətbiq edilir
Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini son oxunuşda qəbul edib.
Publika.az xəbər verir ki, yeni qanunla neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət (özəl) sektoruna aid edilən vergi ödəyicilərinə mühüm maliyyə güzəşti tətbiq edilir.
Dəyişikliyə əsasən, 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətinə sahibkarlara öz işçilərinin məcburi dövlət sosial sığorta haqlarını (DSMF ödənişlərini) ƏDV-nin depozit hesabında olan sərbəst vəsaitlər hesabına ödəmək imkanı yaradılır.
Bu mexanizm müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar və şərtlər daxilində tənzimlənəcək.
Sözügedən dəyişiklik özəl sektorda çalışan sahibkarların nağd pul dövriyyəsini (likvidliyini) artırmağa və onların üzərindəki maliyyə yükünü yüngülləşdirməyə xidmət edir.
Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü









.jpg)

.jpg)
.jpg)



.png)





















