İqtisadi gündəm
"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO
Son günlər sosial şəbəkələrdə Sədərək və Binə ticarət mərkəzlərinin bağlanacağı ilə bağlı yayılan iddialar geniş müzakirələrə səbəb olub. İddialara görə onlayn ticarətin sürətlə inkişaf etməsi ənənəvi bazarlara marağı azaldıb.
Publika.az-ın məlumatına görə, ATV-yə danışan satıcılar deyir ki, onlayn ticarətin geniş yayılmasından sonra alıcı sayı və satış həcmi əhəmiyyətli dərəcədə azalıb.
Satıcılardan biri qeyd edib ki, onlayn satışlardan sonra alver 0-a yaxınlaşıb, “Sədərək” bazarı tam boş qalıb.
Digər xanım satıcı isə bildirib ki, hər kəs məhsulu sifarişlə aldığı üçün “Sədərəy”ə çox az adam gəlir, vəziyyət isə çox pisdir.
Bazara üz tutan alıcılar arasında isə əsasən orta və yuxarı yaş qrupuna aid insanlar üstünlük təşkil edir. Onların bir qismi onlayn alış-verişin daha sərfəli olduğunu desə də, digərləri məhsulun ölçüsü, keyfiyyəti və geri qaytarılma prosesində yaşanan çətinliklərə görə ənənəvi alışverişə üstünlük verdiklərini bildirirlər.
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, onlayn ticarətin sürətlə inkişaf etməsinin əsas səbəblərindən biri də vergi güzəştləridir: “Onlayn ticarət ənənəvi ticarətə problem yaradır. Bu, xüsusən də vergi məsələsidir. Hökumət vətəndaşa humanist yanaşaraq aylıq 300 dollarlıq şəxsi istehlak üçün etdiyi idxalı bütün vergi və rüsumlardan azad edir. Təbii ki, ənənəvi ticarətə müəyyən problemlər yaradacaq, amma rəqabətin genişliyi müxtəlif kanallar arasında rəqabət aparılması ümumi dövlətin və vətəndaşın xeyrinə olan məsələdir”.
Sədərək Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədimi bildirib ki, ticarət mərkəzinin bağlanacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, “Sədərək” fəaliyyətini normal qaydada davam etdirir və bağlanması ilə bağlı hər hansı bir məsələ gündəmdə deyil.
Daha ətraflı videomaterialda:
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO










.jpg)

























.jpg)


