İqtisadi gündəm
Cəmşid Naxçıvanskinin 120 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncamda deyilir:
2015-ci ilin avqust ayında görkəmli hərbi xadim, Azərbaycanın
ilk milli atıcı diviziyasının komandiri Cəmşid Cəfərqulu oğlu
Naxçıvanskinin anadan olmasının 120 illiyi tamam olur.
Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu
keçmiş və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə
göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr
vermişdir. Onun ölkədə yüksək ixtisaslı hərbçi kadr hazırlığı
sahəsində zəngin fəaliyyəti təqdirə layiqdir. Cəmşid Naxçıvanski
1930-cu illərin ağır repressiyalarına məruz qalmış və
totalitarizmin qurbanına çevrilmiş vətənpərvər
şəxsiyyətlərdəndir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq və gənc nəslin vətənə məhəbbət ruhunda
tərbiyəsində əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqı
qarşısında mühüm xidmətləri olan böyük sərkərdə Cəmşid
Naxçıvanskinin 120 illik yubileyinin dövlət səviyyəsində
keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan
Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə görkəmli hərbi xadim
Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə dair tədbirlər planını
hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.
AZƏRTAC
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ