Təyyarələrimiz gecə səmasında - FOTOLAR
Bizi izləyin

İqtisadi gündəm

Təyyarələrimiz gecə səmasında - FOTOLAR

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən Hərbi Hava Qüvvələrinin gecə və məhdud görmə şəraitində təlim uçuşları keçirilib.

Publika.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, təlimlərdə iştirak edən Su-25 və MiQ-29 tipli təyyarələr havaya qalxma və yerə enmə, şərti hava və yer hədəflərinin məhv edilməsi, kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.

Gecə təlimlərində pilotlar silahların tətbiqinin əsas üsulları üzrə atışları yerinə yetiriblər.

Təlimlərdə qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm