Hadisə
Azərbaycanlı “qanuni oğru”nun adamı həbsdən çıxdı
Azərbaycanlı "qanuni oğru" Timur Sverdlovski ləqəbi ilə tanınan mərhum Timur Mirzəyevin və iri məbləğdə pul fırıldaqçılığında ittiham olunan Çelyabinskdəki adamı "baxanı" İlham Osmanov məhkəmə zalından azadlığa buraxılıb.
Publika.az modern.az-a istinadən bildirir ki, istintaqın
versiyasına görə, mərhum "qanuni oğru"nun 36 yaşlı əlaltısı 2015-ci
il fevralın 17-də "Angel A" kafesində iki dostunun yanında yerli
firmalardan birinin direktoru Yevgeni Poletskovdan 11,2 milyon rubl
və onun arvadına məxsus avtomobili öz adına keçirilməsini tələb
edib. Poletskov reketlərlə görüşdən sonra hüquq-mühafizə
orqanlarına müraciət edib, bundan sonra qruplaşma saxlanılıb.
Əvvəlcə hər üç şəxsə zorakılıqla bağlı ittiham irəli sürülüb, amma
məhkəmə prosesində bu əməl "özbaşınalıq" kimi tövsif edilib.
Nəticədə Çelyabinsk Mərkəzi rayon Məhkəməsi Osmanovu və onun iki
dostunu 3 il sınaq müddəti ilə 3 il şərti azadlıqdan məhrum edib,
onlar amnistiyaya düşdüklərindən cəzadan azad olunublar.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO