Zaqatalada 2 gənc evdə ölü tapıldı - - VİDEO
Bizi izləyin

Hadisə

Zaqatalada 2 gənc evdə ölü tapıldı - - VİDEO

Gecə saatlarında Zaqatala Mərkəzi rayon Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasına rayonun Yuxarı Tala kəndi ərazisində evdə iki nəfərin cəsədinin olması ilə bağlı çağırış gəlib.

Çağırış əsasında hadisə yerinə gedən həkim briqadası evdə 23 yaşlı Rövşən Sədi oğlu Mustafayev və 21 yaşlı Məhəmməd Abdullayev adlı şəxslərin cəsədini aşkar edib.

İlkin müayinə zamanı onların bir gün əvvəldən öldüyü müəyən edilib. Cəsədlər müayinə üçün Zaqatala MRX-nın morquna təhvil verilib. Üzərində heç bir zorakılıq əlamətləri olmayan gənclərin qohum olduqları məlum olub.

Hadisə baş verən zaman Məhəmməd və Rövşən evdə tək olublar. Aparılan araşdırma və müayinə zamanı məlum olub ki, onlar dəm qazından boğulublar.

Faktla bağlı araşdırma aparılır. (ARB)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm