Hadisə
Şəkidə qardaş qardaşı ölümcül döydü
Şəkidə 52 yaşlı kişi qardaşı tərəfindən vəhşicəsinə döyülüb.
Publika.az xəbər verir ki, bu gün axşam saat 21:00 radələrində rayonun Aşağı Göynük kənd sakini, 1965-ci il təvəllüdlü Hüseyn Osman oğlu Zamanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.
Şəki MRX-dan bildirilib ki, reanimasiya şöbəsinə yerləşdirilən 52 yaşlı Hüseyn Zamanova açıq kəllə-beyn travması, sol təpə və alın nahiyəsinin kəsilmiş-çapılmış xəsarəti diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Aşağı Göynük kəndi ərazisində baş verib. Hüseyn Zamanovla qardaşı arasında istintaqa hələ ki, məlum olmayan səbəbdən mübahisə düşüb. Mübahisə zamanı Hüseyn Zamanova qardaşı tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Hazırda hüquq-mühafizə orqanlar əməkdaşları hadisə ilə bağlı araşdırmaya başlayıblar. (apa)
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO