Hadisə
Göyçayda qəbiristanlıq yandı
Göyçay rayonunda qəbiristanlıq ərazisi yanıb.
Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçayın Potu kəndi ərazisində yerləşən qəbiristanlıqda qeydə alınıb. Kənd sakinləri Ramazan bayramı günü qəbiristanlıqda təmizlik işləri görüblər və dünyasını dəyişən insanların məzarının ətrafındakı kol-kosu və quru otları təmizləyib yandırarkən ehtiyatsızlıq ediblər. Küləkli havada yandırılan xırda ocaqlar nəzarətsiz buraxıldığı üçün alov qısa vaxtda geniş ərazini əhatə edib.
Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı kənd qəbiristanlığının bir hektar ərazisində quru ot, kol-kos, güllər və həmişəyaşıl ağaclar yanaraq tələf olub. Yanğınsöndürənlər alovun daha da genişlənməsinin qarşısını alıblar və yaxınlıqdakı evlər, yardımçı tikililər yanğından mühafizə edilib.
Faktla bağlı araşdırma aparılır. (apa)
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO