Xalq artisti dəfn olundu - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Xalq artisti dəfn olundu - (YENİLƏNDİ)

Xalq artisti Xumar Zülfüqarova “Qurd Qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Bu barədə Teleqraf.com-a açıqlamasında mərhumun nəvəsi Eldar Zülfüqarov məlumat verib.

O, qeyd edib ki, vida mərasimində xalq artistinin Xoreoqrafiya məktəbindən olan dostları, məktəbin tələbə və müəllim heyəti iştirak edib. Sənətkarı son mənzilə yola salmağa Məryəm Süleymanova, Təranə Muradova kimi tanınmış tələbələri də gəliblər.

Eldar Zülfüqarov deyib ki, dəfnin təşkilinə Mədəniyyət və Turizm Nazirliyinin də köməyi dəyib: “Biz dəfn üçün yer axtarırdıq. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri dəfn və vida mərasimini öz öhdələrinə götürdülər, ona yer ayırdıqlarını bildirdilər”.

Mərhumun 3 mərasimi sabah Teymur Əliyev küçəsində yerləşən 9 mərtəbəli binanın arxa həyətində baş tutacaq.

***

Dünən günorta saatlarında dünyasını dəyişən xalq artisti Xumar Zülfüqarova hələ dəfn olunmayıb. Ailə üzvləri onun harada dəfn olunacağı ilə bağlı qərarı gözlədiyi ilə bağlı açıqlama verib. Ailə üzvləri Mədəniyyət və Turizm Nazirliyini Xalq artsitinin nəşinə diqqətsizlikdə ittiham edib.

Mədəniyyət və Turizm Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixməmmədov Publika.az-a bildirib ki, xalq artisti ilə vida mərasimi onun evində baş tutub, onun dəfn olunacağı yeri də ailə üzvləri müəyyən edəcək.

“Artıq ailə üzvləri bununla bağlı qərar verib. Bizdə olan məlumata görə, hazırda onların münasib bildiyi yerdə dəfn edilir”.

Gülxar

***

Azərbaycan Xoreografiyasının korifey sənətkarı, xalq artisti Xumar Zülfüqarova vəfat edib.

Bu barədə Azərbaycan Rəqs Assosiasiyasından məlumat verilib.

Məlumata görə, Z.Zülfüqarova 90 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində görkəmli teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olub. O, 1945-cı ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olub. 1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm