Hadisə
Ağdaşda ŞOK ÖLÜM: qolu sındı, xəstəxanada həyatını itirdi - YENİLƏNDİ
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, 7 yaşlı Seymur Mehralıyevin ölüm səbəbi araşdırılır:
“İlkin məlumata görə, uşağı qolu sınıb. Ailə əvvəlcə uşağı sınıqçıya aparıb. Lakin sonradan ağrılar keçmədiyindən onu Ağdaş rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Həkimlər uşağı müayinə edib və əməliyyata qərar veriblər. Lakin ona narkoz veriləndən sonra uşaq dünyasını dəyişib. Uşağı anafilaktik şok, yoxsa ağrıdan dünyasını dəyişməsi araşdırılır”.
Nazirlikdən onu da bildirdilər, hazırda işlə bağlı Ağdaş rayon Prokurorluğunda iş aparılır.
Gülxar
***
10:04
Ağdaş Mərkəzi Rayon Xəstəxanasında ölüm hadisəsi baş verib.
Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb.
Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.
Xəstəxanadan məlumat təsdiqlənib.(apa)
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi