Qazaxda 19 yaşlı tələbə çayda boğuldu
Bizi izləyin

Hadisə

Qazaxda 19 yaşlı tələbə çayda boğuldu

Qazax rayonunda 19 yaşlı oğlanın meyiti tapılıb.

Publika.az xəbər verir ki, Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü Murad Muradovun meyiti Qazax şəhəri ərazisində, Ağstafaçayın kənarında aşkarlanıb. 19 yaşlı oğlanın çayda boğularaq öldüyü məlum olub.

BDU-nun Qazax filialının 1-ci kurs tələbəsi olan Goranboy sakini Murad Muradov tələbə yoldaşları ilə birgə Ağstafaçayda çimərkən boğulub.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm