Hadisə
Özündən 20 yaş böyük sevgilisini öldürən gənc cəzalandırıldı
Bakıda 45 yaşlı sevgilisini öldürməkdə təqsirləndirilən Sabirabad rayon sakini, 25 yaşlı Paşa Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
O, Paşa Cəbrayılovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Müşavirdən qayıdan məhkəmə kollegiyası hökmü elan edib. Məhkəmənin hökmü ilə Paşa Cəbrayılov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, qətl hadisəsi Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbədə kirayədə yaşayan Göyçay rayon sakini, 1972-ci ildə təvəllüdlü Zülfiyyə Rəhimovanı 25 yaşlı Sabirabad rayon sakini Paşa Cəbrayılov qətlə yetirib.
Məlum olub ki, 25 yaşlı oğlan bir uşaq anası olan Zülfiyyə Rəhimova ilə qeyri-rəsmi yaşayıb. Zülfiyyə Rəhimova bundan əvvəl ailə qurub. Sonradan ərindən ayrılan qadın azyaşlı uşağı ilə kirayədə yaşamağa başlayıb. O, Hövsan qəsəbəsində kafelərdən birində ofisiant işləyib, qazandığı pulla həm özünü, həm də övladını dolandırıb.
Paytaxtda tikintidə fəhlə işləyib kirayədə yaşayan Paşa Cəbrayılov bir il əvvəl Zülfiyyə ilə həmin kafedə tanış olub. Sonradan onların arasında münasibət yaranıb. Paşa ilə Zülfiyyənin münasibətləri istiləşib və Paşa qadının kirayədə yaşadığı evə köçüb. Birlikdə yaşadıqları vaxt Paşa Cəbrayılov kirayə haqqını ödəyib, həm də onlara maddi cəhətdən köməklik edib.
Hadisədən bir neçə gün əvvəl Paşa Cəbrayılov Zülfiyyənin münasibətlərində dəyişiklik hiss edib. Gənc oğlan özündən yaşca böyük sevgilisinin başqa kişi ilə münasibət qurmasından şübhələnib. Hadisə baş verən gün Paşa Cəbrayılov Zülfiyyə ilə yolda rastlaşıb. Həmin vaxt Zülfiyyə uşağını məktəbə qoyaraq kirayə yaşadığı evə qayıdırmış. Onlar birlikdə evə gəliblər. Evdə Paşa qadına deyib ki, özümə iş tapacam, sənə nə istəsən alacam. Qadın isə ona “gör nə qədər axmaqsan ki, bir kəlmə sözümlə pulsuz Rusiyadan gəldin” deyə bildirib.
Bundan sonra Zülfiyyə Paşa Cəbrayılovun anasını və nəslimi söyüb. Söyüşü eşidib otağa qayıdan Paşa Cəbraylov qadına “sən yolunu azıbsan, başqa kişi ilə münasibət qurubsan” deyərək, onu boğub öldürüb.
Cinayəti törədən Paşa Cəbrayılov Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinə gələrək, könüllü təslim olub. Törətdiyi əməli etiraf edən Paşa Cəbrayılov cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.
Paşa Cəbrayılov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
Hacı Zeynalov
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bavariya"nın baş məşqçi postuna yeni favorit BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin17 May 21:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO