Bakıda sərnişin avtobusu piyadanın ayağının üstündən keçdi
Bizi izləyin

Hadisə

Bakıda sərnişin avtobusu piyadanın ayağının üstündən keçdi

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakıda sərnişin avtobusu piyadaya xəsarət yetirib.

Publika.az xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.

Belə ki, "Nəbz" klinikasının qarşısında 214 saylı sərnişin avtobusu 1975-ci il təvəllüdlü İskəndərova Maral Arif qızının ayağının üstündən keçib. Nəticədə o, xəsarət alıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm