Qəbələdə meşə yanğını söndürüldü
Bizi izləyin

Hadisə

Qəbələdə meşə yanğını söndürüldü

Qəbələdə meşə zolağında yanğın söndürülüb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, avqustun 28-də Qəbələ rayonunun Tikanlı kəndində meşə zolağında baş vermiş yanğınlar saat 17:00-da söndürülüb. Yanğınlar nəticəsində 3 ha ərazidə quru ağaclar və kol-kos yanmışdır. Meşə ərazisi yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınsöndürmə işlərində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri, Aviasiya dəstəsinin yanğınsöndürmə helikopteri, Mülkü müdafiə qoşunlarının şəxsi heyəti iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm