Ağdaşda canavarlar mal-qaranı parçaladı
Bizi izləyin

Hadisə

Ağdaşda canavarlar mal-qaranı parçaladı

Ağdaşda canavarlar örüşdə otlayan mal-qaraya hücum edib.

Publika.az xəbər verir ki, hadisə Aşağı Nemətabad kəndində baş verib.

Nəticədə bir neçə baş iribuynuzlu heyvan tələf olub və yaralanıb. Yırtıcı heyvanlar çoban və sakinlərin hay-küy salmasından sonra qaçıblar.

Zərər çəkmiş heyvan sahiblərindən biri kənddə müvəqqəti məskunlaşmış Ağdam rayonundan məcburi köçkün Sitarə Xəlilova olub. Canavarlar onun bir inəyini parçalayıblar, heyvanlardan bir neçəsi isə yaralanıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm