Daha bir ulduz Ronaldonun yanına gedir
Bizi izləyin

İdman

Daha bir ulduz Ronaldonun yanına gedir

"Mançester Yunayted"in yarımmüdafiəçisi Karlos Kazemiro Səudiyyə Ərəbistanı klubuna keçə bilər.

Publika.az "Caught Offside"-a istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun nümayəndələri braziliyalı futbolçunun "Mançester Yunayted" və "Real"dakı keçmiş komanda yoldaşı Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr"lə danışıqlar aparır.

Mənbənin sözlərinə görə, Ər-Riyad klubu mankunianlılara Kazemironun transferi üçün 40 milyon funt-sterlinq, futbolçunun özünə isə 3 illik müqavilə təklif etmək niyyətindədir.

Braziliyalı yarımmüdafiəçinin "Yunayted"lə müqaviləsi 2026-cı ildə başa çatır. Cari mövsümdə Kazemiro İngiltərə klubunun heyətində bütün turnirlərdə 29 oyun keçirib, 5 qol vurub, 3 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm