Krasnodarda azərbaycanlı küçənin ortasında can verdi
Bizi izləyin

Hadisə

Krasnodarda azərbaycanlı küçənin ortasında can verdi

Rusiyanın Krasnodar şəhərində küçənin ortasında azərbaycanlı ölüb.

Publika.az xəbər verir ki, hadisə Paşkovski mikrorayonunda qeydə alınıb.

Şahidlərin sözlərinə görə, sentyabrın 22-də iki kişi asfaltın üzərinə yıxılıb və qıc olmağa başlayıb. Ətrafdakılar onların başına toplaşıb. Vətəndaşlar təcili tibbi yardım gələnədək ilkin yardım göstərməyə çalışıblar.

Hadisə yerinə gələn tibb işçiləri kişiləri ayıltmağa səy göstəriblər. Lakin 31 yaşlı azərbaycanlının həyatını xilas etmək mümkün olmayıb. İkinci şəxs huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Faktla bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub. Azərbaycanlının ölümünə həddindən artıq narkotik maddə qəbulunun səbəb olduğu ehtimal edilir.

Hər iki gəncin yerli meyvə-tərəvəz bazasında işlədiyi məlumdur. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm