Hadisə
8-ci sinif şagirdini ilan vurdu - İMİŞLİDƏ - (YENİLƏNDİ)
İmişlinin Oruclu kəndində 8-ci sinif şagirdi Amil Həsənlini ilan vurub.
Publika.az xəbər verir ki, Oruclu tam orta məktəbinin 8-ci sinif şagirdi Amil Həsənli dərsdən çıxıb evə gedərkən onu qəflətən ilan sancıb. O, axşam saatlarında İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəsur Paşayevin Publika.az-a verdiyi məlumata görə, Amil Həsənli dünən xəstəxaya yerləşdirilib:
"Dərhal müdaxilə edilərək vaksin vurulub. Uşağın vəziyyəti normal olub. Onu Bakıya, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə göndərmişik".
İmişli rayon Oruclu kənd bələdiyyə nümayəndəsi İlqar Rüstəmovun Publika.az-a verdiyi məlumata görə, sözügedən hadisə məktəbdən çıxarkən olmayıb:
"Amil Həsənov atası Adil Həsənov ilə birlikdə fermada qarğıdalı sahəsində olarkən onu ilan sancıb. Hadisə şahidləri içərisində mənim qardaşım olub. Hadisə məktəbdən çıxıb evə gedərkən baş verməyib".
Publika.az-a danışan Adil Həsənov deyir ki, uşaq məktəbdən çıxıb evə gələndə çəpərin yanında ayağına nə isə batıb:
"Məktəbdən evə gələn yolda bizim həyətyanı sahəmiz var. Hasarın içərisinə heyvan girib məhsulları yeyirmiş. Uşaq çəpərdən hoppanıb ki heyvanı qovsun bu vaxt ayağına nə isə batıb. Birinci fikir vermədim ki, yəqin tikan batıb. Gördüm uşağın ayağı şişir, tez xəstəxanaya apardım. Dedilər ki, ilan sancıb. Həkimlər iynə vurdular. İndi vəziyyəti yaxşıdı. Uşağı Bakıya yoxlanışa gətirirəm. Vəziyyəti yaxşıdı".
Könül Cəfərli
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı