Həbsdə intihar etmiş MTN polkovnikinin mülkləri müsadirə olunacaq - QƏRAR - (YENİLƏNİR)
Bizi izləyin

Hadisə

Həbsdə intihar etmiş MTN polkovnikinin mülkləri müsadirə olunacaq - QƏRAR - (YENİLƏNİR)

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Anti-terror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyevlə bağlı məhkəmə qərarı açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsinin hökmündə qeyd olunub. Onun üzərində həbs olan mülklərinin müsdirə olunması ilə bağlı məhkəmə qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, İlqar Əliyev Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin müavini olub.

***

Məhkəmənin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev 8 il müdsətinə azadlıqdan məhrim edilib. Hər iki təqsirləndirilən şəxslərin rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.

Məhkəmə həmçinin zərərçğkmişlərin mülki iddiasının təmin etməyib. Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin edilib.

Təqsirləndirilən şəxslərin üzərində həbs qərarı olan mülklərinin müsadirə olunması barədə qərar qəbul edilib.

MTN-nin Binəqədi rayon şöbəsini sabiq rəisi, polkovnik leytenat Rafiq Səfərovun əmlakının üzərinə qoyulmuş həbs qüvvədə saxlanılıb. Rafiq Səfərovun Mərdəkan qəsəbəsində yerləşən mülkinin dəyəri 250 min manatdır. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Anti-terror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə şahid qismində dindirilib. Hazırda Rafiq Səfərovun barəsində cinayət işi Ağır Cinayətlərə Dair İşlət üzrə İstintaq İdarəsində araşdırılır. Rafiq Səfərov sahibkar Sahib Qurbanovdan hədə-qorxu yolu ilə pul tələb etməkdə suçlanır. Rafiq Səfərovun barəsində cinayət işi açılsa da, o həbs edilməyib.

***

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Anti-terror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyev Bakı Hərbi Məhkəməsinə xüsusi nəzarət altında gətirilib.

Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin binası xüsusi nəzarətə götürülüb, məhkəmə zalı iclasdan əvvəl yoxlanılıb.

Hazırda hakim Elbəy Allahvediyev hökmü elan edir.

Zala təqsirləndirilən şəxslərin vəkilləri, qohumları, zərərçəkmişlər buraxılıb. Jurnalistlər zala buraxılmayıb.

Qeyd edək ki, prokuror çıxışında Elçin Quliyevin 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum olunmasını, eyni zamanda onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsini istəyib.

Prokuror Dövlət Təhlükəsizlik Xidmətinin Elçin Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq, həmçinin cinayət işində adı keçən zərərçəkmişlərin də qaldırdığı digər mülki iddiaların təmin olunmasını tələb edib.

İttihama görə, Elçin Quliyev və Azər Mehdiyev dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışan şəxslərə, iş adamlarına hədə-qorxu gəliblər, onlardan külli miqdarda pul alıblar. İstintaq sənədlərinə görə, Elçin Quliyev və digər şəxslər MTN polkovniki Malik Mustafayevi intihar həddinə çatdırıblar. Malik Mustafayev xidməti vəzifəsi başında intihar edib. Onun qardaşı Mətləb Mustafayevin MTN tərəfindən şərlənərək həbs edilib.

Bundan sonra şantaj olunan Malik Mustafayev özünü öldürüb. Cinayət işi üzrə ümumilikdə 18 nəfər zərərçəkmiş var.

Elçin Quliyev və Azər Mehdiyev ittihamlarla razılaşmır. Onlar barələrində bəraət hökmünün çıxarılmasının istəyirlər.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəis müvaini, polkovnik İlqar Əliyev 2015-ci ilin oktyabrənda həbs edilib, həmin ilin dekabrın 20-də saxlandığı istintaq təcridxanasında intihar edib. Bundan sonra İlqar Əliyevin barəsində oıan cinayət işi ayrıca icraata götürülüb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm