Hadisə
Metroda sərnişinləri soyan cibgir yaxalandı
Bakı Baş Polis İdarəsinin metropolitendə polis şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında cibgirliklə məşğul olan şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbiri keçirilib.
Publika.az xəbər verir ki, Bakı şəhər sakini Rəna Hacıyevanın, Neftçala rayon sakini Səid Qurbanovun və bir əcnəbi vətəndaşın metropolitendə polis şöbəsinə mobil telefonlarının oğurlanması barədə müraciətləri daxil olub.
Müraciətlər əsasında başlanan əməliyyat-axtarış tədbirləri ilə bu cinayəti törətməkdə şübhəli bilinən şəxs metronun “Elmlər Akademiyası” stansiyasında saxlanılıb.
Araşdırmalarla paytaxt sakini, əvvəllər məhkum olunmuş İlham Axundovun noyabrın 24-dən dekabrın 1-dək olan müddətdə metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə “Samsung”, “Samsung Galaxy Note5” və “İphone-6S” markalı 3 mobil telefonu oğurlaması müəyyən edilib.
Baxış zamanı onun üzərindən maddi sübut kimi götürülmüş “İphone-6S” markalı mobil telefonun əcnəbi vətəndaşa məxsus olduğu üzə çıxıb.
İlham Axundovun digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək