Şadlıq sarayının qarşısında 6 yaşlı uşağı maşın vurdu
Bizi izləyin

Hadisə

Şadlıq sarayının qarşısında 6 yaşlı uşağı maşın vurdu

Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 2011-ci il təvəllüdlü rayon sakini Turan Naib oğlu Muğalov Heydər Əliyev küçəsində yolu keçmək istəyən zaman avtomobil tərəfindən vurulub.

Hadisə şadlıq sarayının önündə baş verib. İlkin məlumatlara görə, qonaqlar toy şənliyindən evə gedən zaman uşaq yola çıxıb. Bu məqamda onu avtomobil vurub.

Yaralı Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm