Hadisə
Hacı Məmmədov ağciyər xərçəngi və vərəmdən əziyyət çəkirdi
Ötən gün intihar edən Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun bir neçə ağır xəstəlikdən əziyyət çəkdiyi məlum olub.
Hüquq-mühafizə orqanlarından Publika.az-a verilən məlumata görə, H. Məmmədov ağciyər xərçəngi və vərəm xəstəliyindən əziyyət çəkirmiş. H. Məmmədovun xərçəng xəstəliyinə keçmiş MTN-in istintaq təcridxanasında saxlanıldığı vaxtlarda tutulduğu bildirilir. Ona şüa terapiyası da edilib. Lakin müalicə heç bir nəticə verməyib.
H. Məmmədovun ağrılara dözmədiyi üçün canına qəsd etdiyi ehtimal edilir.
Hazırda onun özünə qəsd etməsinin səbəbləri araşdırılır.
Qeyd edək ki, Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan H. Məmmədov ötən gün mələfə ilə özünü asıb.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
-
Dəb22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ