Paytaxtda qadını vurub qaçan sürücü saxlanıldı
Bizi izləyin

Hadisə

Paytaxtda qadını vurub qaçan sürücü saxlanıldı

Dekabrın 15-də saat 16 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində yolu keçən Bakı sakini Mehriban Ələkbərova müəyyən edilməmiş avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, M.Ələkbərova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yol-nəqliyyat hadisəsinin avtobusla törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə “İsizu” markalı xətt avtobusunu idarə edərkən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Aqşin Kərimov saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm