Hadisə
DİN-dən əməliyyat: 400 dini kitab müsadirə edildi
Bu gün Bakıda fəaliyyət göstərən “Ənsar” dükanında satışına razılıq verilməmiş, nəzarət markası ilə markalanmış 400 ədəd dini təyinatlı ədəbiyyat aşkar edilərək, hüquq-mühafizə orqanları tərəfindən götürülüb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, DQİDK, DİN və digər hüquq-mühafizə orqanları ilə birgə Bakı şəhəri, Sabunçu rayonu Sülh küçəsi 135 ünvanında yerləşən dini təyinatlı ədəbiyyatın, mal və məmulatların satışı ilə məşğul olan “Ənsar” mağazasında reyd keçirilib. Baxış zamanı müvafiq İcra hakimiyyəti orqanının razılığı ilə yaradılmış, ixtisaslaşdırılmış satış məntəqəsi olmayan “Ənsar” dükanında satışına razılıq verilməmiş 400 dini təyinatlı ədəbiyyat aşkar edilib.
Qeydə alınmış qanun pozuntusu ilə əlaqədar adıçəkilən mağazanın satıcısı Mehdiyeva Ruhiyyə Mirhüseyn qızı barəsində DQİDK-nın əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 516.0.2.-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.
-
Sosial22:36
Dağın ətəyində tikilən “ayı mağarası” marağa səbəb oldu - VİDEO
-
Ekologiya21:48
Dəmlənmiş çay yarpaqlarının elə bir faydası üzə çıxdı ki...
-
Magazin121:36
Xalq artistii: “Maaşımızın yarısı gedir” - VİDEO
-
Sosial21:24
Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin DETALLARI - VİDEO
-
Nida Xəbər 21:12
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA