Hadisə
Şəkidə 53 yaşlı qadından qəbiristanlıqda İNTİHARA CƏHD
Şəkidə 56 yaşlı qadın qəbiristanlıqda valideyninin qəbrinin üstündə özünü asıb, onun həyatını son anda polis xilas edib.
Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şəki şəhəri ərazisindəki qəbiristanlıqda baş verib.
Şəki şəhəri, Sabit Rəhman küçəsi, ev 23 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Gülşad Ələkbər qızı İsgəndərova intihar etmək məqsədi ilə qəbiristanlığa gedərək valideyninin qəbrinin yanındakı dirəkdən intihar etmək məqsədi ilə özünü asıb. 54 yaşlı Gülşad İsgəndərova son anda qurtularaq Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
MRX-dan verilən məlumata görə, Gülşad İsgəndərova travmatik şok vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Hadisə baş verən an qəbiristanlığın yaxınlığından keçən Şəki sakini orada bir nəfərin özünü dirəkdən asdığını görüb və DİN-nin 102 xidmətinə zəng edib.
Əraziyə Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları cəlb edilərək Gülşad İsgəndərovanı son anda xilas edə biliblər. Gülşad İsgəndərovanın üzərindən intihar etmək məqsədini bildirən məktubun çıxdığı bildirilir.
Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır. (apa)
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...