Axtarışda olan 23 nəfər həbs edildi
Bizi izləyin

Hadisə

Axtarışda olan 23 nəfər həbs edildi

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 114 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Məlumata görə, respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm