Hadisə
Bakıda QORXUNC QƏZA: mal-qara daşıyan yük maşını aşdı və... - FOTO
Bu gün axşam saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtomobil Yolları Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, Bakı Dairəvi-1 avtomobil yolu ilə Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən 99 JH 641 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşınının sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı əyri-xətli dəmir tirlərə çırpıb.
Zərbənin təsirindən yük maşını aşıb. Yük maşını iri baş mal-qara daşıyırmış. Qəzadan sonra mal-qara ətrafa dağılışıb.
Qəza zamanı yol təsərrüfatına da ziyan dəyib. Yol kənarında olan 64 paqon-metr uzunluğunda əyri-xətli dəmir tirlər və siqnal dirəkləri sıradan çıxıb. Hazırda yol təsərrüfatına dəymiş ziyan hesablanır.
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO