Ucarda avtomobil 4 yaşlı uşağı vurdu
Bizi izləyin

Hadisə

Ucarda avtomobil 4 yaşlı uşağı vurdu

Ucarda avtomobil dörd yaşlı uşağı vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ucar şəhərinin 20 Yanvar küçəsində baş verib.

Barat Alı oğlu Səlimov idarə etdiyi VAZ-21012 markalı minik avtomobili ilə 2014-ci il təvəllüdlü Hüseyn Arif oğlu Əliyevi vurub. Ağır xəsarət alan uşaq Ucar Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm