Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanıldı
Bizi izləyin

Hadisə

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 173 cinayət faktı qeydə alınıb, onların da 30-u “isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 22 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm